Türkiyədə peyvənd olunanların sayı 2 milyonu keçib

Türkiyədə yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində peyvənd olunanların sayı 2 milyonu keçib.

1574938
Türkiyədə peyvənd olunanların sayı 2 milyonu keçib

Türkiyədə yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində peyvənd olunanların sayı 2 milyonu keçib.

""Covid-19" Peyvəndi Milli Tətbiq Strategiyası" çərçivəsində 14 yanvarda tibb işçilərindən başlanan peyvəndlənmə işləri davam edir.

Türkiyəyə 30 dekabrda gətirilən "CoronaVac" peyvəndlərinin 3 milyon dozadan ibarət ilk partiyasının anbarlara qoyulması, paylanması və tətbiq edilməsi prosesləri problemsiz irəliləyib.

Səhiyyə Nazirliyi Xalq Sağlamlığı Baş Müdirliyi və  Dərman Anbarında qorunan peyvənddən təsadüfi olaraq götürülən nümunələr ilk növbədə Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi (TİTCK) laboratoriyasında analiz edilib.

Türkiyənin peyvəndləmə təcrübəsi, güclü və geniş yayılmış sağlıq infrastrukturu sayəsində ölkə miqsayında peyvəndlənmənin 19-cu günündə 2 milyon 325 min adama "CoronaVac" peyvəndi tətbiq olunub.



Әlaqәli Xәbәrlәr