Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (1 fevral)

Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 124 ölüm faktı qeydə alınıb.

1575305
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (1 fevral)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 128 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 26 min 117 nәfәrә çatıb.

Ölkədə 141 min 703 nəfər testdən keçirilib. Onlardan 7 min 719  nəfərdə virus əlaməti aşkarlanıb, 641 nəfər müalicəyə cəlb olunub. 

Sağalan 8 min 16 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  2 milyon 370 min 431 nəfər müalicə olunub.

Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra verdiyi açıqlamada, hökumətin qərarı ilə kənd məktəblərində əyani təhsilin fevralın 15-dən başlayacağını bildirib. Dövlət başçısı səkkiz, on ikinci və ibtidai siniflərdə əyani təhsilin başlanmasının martın 1-nə planlaşdırıldığını, digər siniflərdə əyani tehsilin koronavirus infeksiyasının gedişatına görə qərara alınacağını diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr