İbrahim Kalın: "Yunanıstanla tədqiqat danışıqları əhəmiyyətli addımdır"

Prezident Aparatının sözçüsü İbrahim Kalın onlayn formatda keçirilən tədbirdə "Türkiyənin Xarici Siyasətinin Əsas və Prioritetləri"nə toxunub.

1574345
İbrahim Kalın: "Yunanıstanla tədqiqat danışıqları əhəmiyyətli addımdır"

"Qonşumuz Yunanıstanla münasibətlərimiz həm Avropa İttifaqı ilə əlaqələrimiz, həm də Egey-Şərqi Aralıq dənizi tarazlığı baxımından əhəmiyyətli addımdır və bu prosesə konstruktiv şəkildə töhftə verməyə davam edəcəyik".

Bunu Prezident Aparatının sözçüsü İbrahim Kalın onlayn formatda keçirilən tədbirdə "Türk Xarici Siyasətinin Əsas və Prioritetləri"nə toxunarkən deyib.

Kalın Türkiyənin istər Avropa İttifaqı ilə, istər Şərqi Aralıq dənizində, istərsə Orta Şərqdəki Körfəz bölgəsində, istərsə də  Afrikada slüh və sabitliyin hökm sürdüyü nimazı yaratmaq üçün bütün qonşuları ilə strateji tərəfdaşları ilə sıxı əməkdaşlıq içində olduğunu, bu səylərini bundan sonra da artıraraq davam etdirəcəyini bildirib.

Yunanıstanla məsləhətləşmələrin yenidən başladığını xatırladan İbrahim Kalın bunları söyləyib:

"Prezidentimizin uzaqgörən rəhbərliyi sayəsində 5 ildən sonra danışıqlar yenidən başladı. Bu, vacib bir addımdır. Həm qonşumuz Yunanıstanla münasibətlərimiz, həm də Avropa İttifaqı ilə münasibətlərimiz və həm də tarazlıqlar baxımından əhəmiyyətli addımdır. Egey-Şərqi Aralıq dənizi və bu prosesə konstruktiv şəkildə töhfə vermək istəyirik".

İ, Kalın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərə də toxunaraq, "ABŞ Prezidenti Co Bayden rəhbərliyinin hakimiyyətə gəlməsi ilə Türkiyə-Amerika münasibətlərində yeni imkanlar və fürsətlərin ortaya çıxacağına inanırıq. Bunları həyata keçirmək üçün həmkarlarımızla təmas qurmağa başladıq" deyib.

"Liviyada siyasi danışıqlar prosesini dəstəkləməyə davam edirik" deyə bildirən Kalın "Liviyalıların rəhbərliyi altında buradakı siyasi proseslərin inkişafına töhfə verməyə davam edirik və ümid edirik ki, Liviyada ən qısa zamanda yeni bir idarəetmə modeli və bir müvəqqəti hökuməti qurulacaq və münaqişə dövrü artıq tamamilə arxada qalacaq" deyə vurğulayıb.

İbrahim Kalın onu da deyib ki, Suriya probleminə həll yolu tapmaq üçün ən çox səy göstərən ölkələrin başında Türkiyə yer alır. Biz başdan bəri həm Cenevrə, həm də Astana prosesinin içində yer aldıq və bu proseslərin xüsusilə konstitusiya komitəsi işinin tamamlanmasına da töhfə verməyə davam edirik.
Qarabağın azad edilməsi prosesində Türkiyənin Azərbaycanın yanında yer aldığını xatırladan İbrahim Kalın deyib:
"Bir millət, iki dövlət prinsipi ilə hərəkət edərək azərbaycanlı qardaşlarımızın 30 ildən çox zamandır davam edən Qarabağ həsrətinə son qoyduq. Böyük bir haqsızlıq da ortadan qalxdı. Həm meydanda, həm də masada yürüdülən diplomatiya və bunu dəstəkləyən ünsürlərin uğurları baxımından da böyük əhəmiyyət daşıyır".

İştirakçıların suallarını da cavablandıran Kalın PYD/YPG-nin terror təşkilatı PKK-dan bir fərqinin olmadığını deyib.

Kalın ABŞ və digər bəzi Avropa ölkələrinin PYD/ PG-yə verdiyi dəstəyin səhv, qeyri-leqal və hüquqsuz olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr