Türkiyə Hava Qüvvələri NATO təyyarəsinə ilk dəfə gecə missiyası zamanı yanacaq doldurub

Milli Müdafiə Nazirliyi NATO təyyarəsinə ilk dəfə gecə missiyası zamanı yanacaq doldurulduğunu bildirib.

1572954
Türkiyə Hava Qüvvələri NATO təyyarəsinə ilk dəfə gecə missiyası zamanı yanacaq doldurub

Türkiyə Hava Qüvvələri NATO təyyarəsinə ilk dəfə gecə missiyası zamanı yanacaq doldurub.

Bu barədə Milli Müdafiə Nazirliyinin (MMB) "Twitter" hesabındakı məlumatda bildirilib ki, Almaniyadan hərəkət edən və Təminat Tədbirləri çərçivəsində xidmət göstərən NATO-nun "E-3A AWACS" təyyarəsinə Hava Qüvvələrimizə məxsus "KC-135R" tanker təyyarəsilə Rumıniya hava məkanında yanacaq doldurub. Bu missiya ilə bir NATO təyyarəsinə ilk dəfə gecə missiyası zamanı havada yanacaq doldurulub.

Paylaşımda yanacaq doldurma anlarını əks etdirən video da yer alıb.



Әlaqәli Xәbәrlәr