Mövlud Çavuşoğlu vә Simon Kovenet birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәyә rәsmi sәfәr edәn İrlandiya xarici işlәr vә müdafiә naziri Simon Kovenet ilә ikitәrәfli vә regional mövzularla yanaşı, Türkiyә vә Avropa İttifaqı arasındakı münasibәtlәri müzakirә etdiklәrini söylәy

1572529
Mövlud Çavuşoğlu vә Simon Kovenet birgә mәtbuat konfransında çıxış ediblәr

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәyә rәsmi sәfәr edәn İrlandiya xarici işlәr vә müdafiә naziri Simon Kovenet ilә ikitәrәfli vә regional mövzularla yanaşı, Türkiyә vә Avropa İttifaqı arasındakı münasibәtlәri müzakirә etdiklәrini söylәyib.

Nazirlәr keçirdiklәri görüşdәn sonra birgә mәtbuat konfransında çıxış ediblәr.

İrlandiyalı hәmkarının Türkiyәyә etdiyi sәfәrә görә mәmnun olduğunu bildirәn Mövlud Çavuşoğlu ikitәrәfli münasibәtlәrin xüsusilә ticari vә iqtisadi sahәdә necә inkişaf etdirә bilәcәklәrini müzakirә etdiklәrini deyib.

‘‘Keçәn il  iki ölkә arasındakı ticarәt hәcmi tәxminәn 1,5 milyard dollar tәşkil edib. Bunu 3 milyard dollara asanlıqla çatdıra bilәrik’’,-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Çavuşoğlu turizmin hәr iki ölkәnin hәm iqtisadi, hәm dә humanitar münasibәtlәri baxımından әhәmiyyәtli bir sahә olduğunu ifadә edәrәk  2019-cu ildә 95 minә yaxın irlandiyalı turistin Türkiyәyә gәldiyini deyib.

Hәmkarı ilә koronavirusla mübarizә mәsәlәsini dә müzakirә etdiklәrini bildirәn Mövlud Çavuşoğlu bildirib  ki, qarşıdakı dövrdә insanların sәrbәst hәrәkәt edә bilmәlәri üçün siyasәtçilәr vә rәhbәrlәr olaraq üzәrimizә düşәn ohdәliyi yerinә yetirәcәyik. Ölkәmizә daha çox irlandiyalı turistin gәlmәsini gözlәyirik.

Mövlud Çavuşoğlu hәmçinin  Türkiyәnin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinә verdiyi dәstәyә görә  İralandiyaya tәşәkkür edib.



Әlaqәli Xәbәrlәr