Türkiyə Holokost qurbanlarını anıb

Türkiyə, Üçüncü Reyx və əməkdaşlarının planlı şəkildə vəhşicəsinə öldürdüyü 6 milyonu Yəhudi, Romalılar, əlil insanlar olmaqla 11 milyon Holokost qurbanını hörmətlə andığını bildirib.

1572076
Türkiyə Holokost qurbanlarını anıb

Xarici İşlər Nazirliyinin 'Beynəlxalq Holokostu Anım Günü” münasibətiylə yaydığı açıqlamada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMTTŞ), 1 Noyabr 2005 tarixli qərarı ilə 27 Yanvarın “Beynəlxalq Holokostu Anım Günü” olaraq qəbul edildiyi xatırladılıb. Açıqlamada: “Tarixdə Holokost kimi misilsiz bir hadisinin yaşanmasına baxmayaraq hələ də İslamofobiya və antisemitizm, ksenofobiya və irqçilik kimi ayrı-seçkilik ideologiyaların davam etdirilməsi, nifrət doğuran bəyanatlar və cinayətlərin dünya miqyaasında yayılması narahatlıq yaradır. Türkiyə beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu cür ayrı-seçkiliyə qarşı mübarizəyə qətiyyətlə davam edəcək. Lakin bu sahədə uğurlu ola bilmək beynəlxalq əməkdaşlıqdan asılıdır. ‘Beynəlxalq Holokostu Anım Günü’ münasibətilə Üçüncü Reyx (nasist rejimi) və onun əməkdaşları tərəfindən vəhşicəsinə öldürülən 11 milyon Holokost qurbanını və bu zülmdən xilas olmaları üçün ölkələrindən çıxmalarına yardım edən diplomatlarımızı hörmətlə yad edirik. Türktiyə keçmişdə Nazi rejiminin təziqləri səbəbindən ölkələrini tərk etmək məcburiyyətində qalan minlərlə Yəhudiyə ev sahibliyi etdiyi kimi bu gün də qapılarını məzlumlara açaraq milyonlarla insanı qorumağa çalışır və beynəlxalq ictimaiyyəti keçmiş faciələrin təkrarlanmaması üçün humanitar prinsiplərə üstünlük verməyə çağırır”-deyə nazirliyin açıqlamasında vurğulanıb.



Әlaqәli Xәbәrlәr