Ərdoğan Beynəlxalq Holokost Qurbanlarının Anım Günü münasibətilə video mesaj yayıb

Prezident Rəcəb Tayyib Ərdoğan "Dünyada artan İslam düşmənçiliyi və ksenofobiyanın qarşısı artıq alınmalıdır" deyib.

1572025
Ərdoğan Beynəlxalq Holokost Qurbanlarının Anım Günü münasibətilə video mesaj yayıb

"Dünyada artan İslam düşmənçiliyi və ksenofobiyanın qarşısı artıq alınmalıdır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Aparatı Mətbuat Xidmətinin 27 yanvar Beynəlxalq Holokost Qurbanlarını Anma Günü münasibətilə "weremember.gov.tr" internet ​​saytında yaydığı video mesajda deyib.

Dövlət başçısı insanlıq olaraq çətin bir dövrdən keçildiyini, yeni növ koronavirus epidemiyası ilə birlikdə irqçilik virusunun getdikcə yayıldığını gördüklərinə işar ədərək, "Məscidlər, sinaqoqlar və kilsələr kimi ibadət yerlərinə qarşı zorakılıq hərəkətlərində ciddi artım var. Fərqli etnik kimliyi, dini, dili və görünüşü ilə cəmiyyətin təbəqələrinə qarşı nifrət cinayətləri gündən-günə artmaqdadır. İrqçi hadisələr hazırda ictimai sülhü və insanların bir arada yaşama iradəsinə zərbə vuran təhdidə çevrilib. Halbuki keçən əsrdə baş verən faciəli hadisələr irqçi düşüncələrin necə kədərlərə səbəb ola biləcəyini ortaya qoymuşdur" deyib. 
Milyonlarla insanın həyatını itirdiyi Holokost, Bosniya, Ruanda və Kamboca soyqırımlarının beynəlxalq birliyə məsuliyyətlərini xatırladan canlı nümunələr olduğunu dilə gətirən Prezident nifrət danışıqlarına qarşı mübarizənin sadəcə qurbanların deyil, insanlıq kimi hər kəsin ortaq vəzifəsi olduğunu vurğulayıb.

Beynəlxalq ictimaiyyətin Holokost, Bosniya, Ruanda və Kamboçya kimi faciələrin təkrarlanmaması üçün hərəkətə keçməsinin vacibliyini dilə gətirən dövlət başçısı "Xüsusilə rəqəmsal platformaların və media orqanlarının təsiri ilə artan İslam düşmənçiliyi və ksenofobiyanın qarşısı artıq alınmalıdır" deyə bildirib. 

Qeyd edək ki, "weremember.gov.tr" saytında Holokost, Ruanda, Srebrenitsa və Kamboca hadisələri məlumatlar, sənədlər və şəkillərlə izah ediləcək.



Әlaqәli Xәbәrlәr