Mövlud Çavuşoğlu vә Ceyhun Bayramov arasında telefon danışığı olub

Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov Nigeriya sahillәrindә hücuma mәruz qalan ‘‘Mozart’’ adlı gәmidә hәyatını itirәn azәrbaycanlının nәşinin  Bakıya gәtirilmәsi mәsәlәsindә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğluna tәşәkkür edib.

1572296

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Ceyhun Bayramov söhbәt zamanı Nigeriya sahillәrindә hücuma mәruz qalan ‘‘Mozart’’ adlı  gәmidә hәyatını itirәn azәrbaycanlının cәnazәsinin Bakıya gәtirilmәsi mәsәlәsindә Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğluna tәşәkkür edib.

Tәrәflәr hәmçinin bölgәdәki son proseslәri dә müzakirә ediblәr.

Xatırladaq ki, Liberiya  bayrağı altında üzәn  ‘‘Mozart’’ adlı  gәmi yanvarın 23-dә Nigeriya sahillәrindә dәniz quldurlarının hücumuna mәruz qalmışdı. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i girov götürülmüşdü, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülmüşdü.

Qeyd edәk ki, Fərman İsmayılovun nәşi Heydәr Әliyev Hava Limanında Azәrbaycan Xarici İşlәr Nazirliyi  ilә Azәrbaycan Baş Prokurorluğunun rәsmilәri vә İsmailovun ailәsi tәrfәindәn  qarşılamışdı.

Әlaqәli Xәbәrlәr