Çavuşoğlu Aİ-Türkiyə arasındaki əlaqələrə münasibət bildirib

Keçən il Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri baxımından çətin bir il olsa da, hazırda dialoqun yenidən bərpası üçün bada verilməyəcək fürsət yaranıb. Bunu Xarici İşlər Naziri Mevlut Çavuşoğlu deyib.

1572246
Çavuşoğlu Aİ-Türkiyə arasındaki əlaqələrə münasibət bildirib

Türkiyə-Hollandiya arasındaki növbəti iclas Çavuşoğlu və Hollandiyalı həmkarı Stefan Blokun həmsədrliyində keçirilib.

Nazir Çavuşoğlu video konfran vasitəsi ilə reallaşan yığıncağın iki ölkə arasındakı yüksək səviyyəli dialoqa davam etmək arzusunun göstəricisi olduğuna diqqət çəkib və Türkiyə ilə Hollandiyanın Avropanın fərqli guşələrində yerləşən iki ölkə olaraq qitənin problemlərinin müzakirə edilməsinə zəmin yaradacaq bir çox imkana sahib olduğunu vurğulayıb.

Keçən ilin Aİ-Türkiyə münasibətlərində Avropa ilə əlaqələri sınayan çətin bir il olduğunu xatırladan nazir Çavuşoğlu: “2020-ci il Yaxın Şərq, Kipr, Liviya, Suriya və Qafqazda əhəmiyyətli proseslərin cərəyan etdiyi bir il oldu. Aİ, Dekabr sammitində Türkiyəyə əl uzatdı və biz də buna müsbət cavab verdik. İndi də Türkiyə ilə Avropa İttifaqı arasında yenilənmiş bir dialoq üçün qiymətləndirilməsi lazım gələn fürsət yaranıb. Belçika, Almaniya, İtaliya, İspaniya və Portuqaliyadakı həmkarlarım ilə keçirdiyim danışıqlarda alyansa üzv ölkələrin əksəriyyitinin dialoqun dirçəlməsindən tərəf olduqlarını müşahidə etdim. 20-22 yanvar 2020-ci il tarixində Belçikanın paytaxtı Brüsselə reallaşdırdığı səfər çərçivəsində Aİ Şurasının Başçısı Charles Michel ilə görüşümdə müəyyən bir tarixdə ‘konkret addımların’ atılması üçün bir yol xəritəsinin hazırlanması mövzusunda mütabiq qaldıq. Aİ ilə Türkiyə arasında güçlü dialoqun immiqrasiya, ticarət, enerji, təhlükəsizlik, müdafiə, Suriya, Liviya, Balkanlar və Qafqaz da daxil olmaqla bir çox əhəmiyyətli mövzuda təsirinin olacağına inanıram. Tərəflər bu dialoq və ortaqlığın əhəmiyşyətini 2016-cı ildəki miqrasiya böhranı zamanı göz önünə sərdi. Bu səbəbdən Türkiyə, Avropa İttifaqına tam hüquqlu üzvlük üçün namizəd ölkə olaraq güclü bir ortaqlığa hazırdır. Təbii olaraq hər iki tərəfin də bütün münasibətlərdə olduğu kimi bəzi gözləntiləri var. Türkiyənin gözləntilərini 18 Mart müqaviləsinin yeniləməsi və bu çərçivədə üzvlük prosesi gömrük sisteminin yenilənməsi, viza rejiminin tətbiqinə son qoyulması, miqrasiya sahəsində əməkdaşlıq, güçlü dialoq və terrora qarşı mübarizə mövzusunda əməkdaşlıq edilməsi məsələsinin müzakirə edilməsi olaraq sadalaya bilərəm. Türkiyə bu çərçivədə Yunanıstanla araşdırma mövzusuna dair doanışıqlara başlayıb. Fransa ilə münasibətlərdə normallaşma prosesini icra edir. Daxildə hüquq sahəsində islahat reformunu həyata keçirir. Daha əvvəl də təklif etdiyimiz üzrə Kipr ilə əlaqədar “5 + Birləşmiş Millətlər” toplantısı və Şərqi Aralıq dənizi Konfransının keçirilməsinə də hazırıq. Bu sahədə lazımlı addımların atılması mövzusunda Hollandiyanın dəstəyinə inamım tamdır”-deyə Xarici işlər naziri Çavuşoğlu vurğulayıb.

Hollandiyanın xarici işlər naziri Stef Blok da İki ölkə arasındakı tərəfdaşlığın əhəmiyyətinə diqqət çəkib. Türkiyə ilə Hollandiya arasında müdafiə sahəsində əməkdaşlığın NATO çərçivəsində davam etdiriləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr