Türkiyә Maliyә başsağlığı verdi

Türkiyә Malidә törәdilәn terror aktı nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar bu ölkәyә başsağlığı verib.

1570883
Türkiyә Maliyә başsağlığı verdi

 

Türkiyә Malidә törәdilәn terror aktı nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar bu ölkәyә başsağlığı verib.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Yanvarın 24-dә Malidәki Boulkessi vә Mondoro hәrbi bazalarına tәşkil edilәn terror hücumu nәticәsindә 6 әsgәrin hәlak olması vә çox sayda tәhlükәsizlik xidmәti әmәkdaşının yaralanması ilә әlaqәdar xәbәr bizi kәdәrlәndirib. Bu xain hücumu qınayırıq. Terror aktı nәticәsindә hәyatını itirәnlәrә Allahdan rәhmәt dilәyirik, dost vә qardaş Mali xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk''.

Qeyd edәk ki, terror tәşkilatları vaxtaşırı Boulkessi vә Mondoro hәrbi bazalarına hücum edir. 2016-cı ilin mart ayında Mondoro hәrbi bazasına edilәn hücum nәticәsindә 5 hәrbçi hәlak olmuşdu. 2018-ci ildә hәr iki bazaya edilәn hücumda isә 40 hәrbçi ölmüşdü.



Әlaqәli Xәbәrlәr