Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqlar keçirilib

Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqların 61-ci mərhələsi baş tutub.

1570672
Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqlar keçirilib

Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqların 61-ci mərhələsi baş tutub.

 Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib ki, tərəflər Egey və Şərqi Aralıq dənizi ilə bağlı, eləcə də digər regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Görüş bu gün İstanbulda yerli vaxtla saat 11:00-da başlayıb. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib. Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın da danışıqlarda iştirak etmişdir.

Yunanıstan heyətinə isə yüksək səviyyəli səfir  Pavlos Apostolidis başçılıq edib. 

İki ölkənin Xarici İşlər Nazirliyi müşavirləri arasında keçirilən görüşlərin axırıncı olan 60-cı tur 1 mart 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada baş tutmuşdu. 



Әlaqәli Xәbәrlәr