Ərdoğan: “Türkiyəni hər sahədə inkişaf etdirdik”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər sahədə irəliləyişi uğrunda lazımlı addımları atmaqda davam etdiklərini bildirib.

1570545
Ərdoğan: “Türkiyəni hər sahədə inkişaf etdirdik”

Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri və Türkiyə Respublikasının prezidenti Ərdoğan partiyasının İstanbul vilayət Rəhbərliyində videokonfrans vasitəsi ilə “AKP” 7-ci fövqəladə Dənizli, Mersin, Uşak vilayətləri konqreslərinə qatılıb. Ərdoğan burada etdiyi çıxışında 18 il ərzində Cümhuriyyət tarixində edilənlərdən daha çox işlər gördüklərini və bunun qürurunu yaşadıqlarını vurğulayıb. Bu müddət ərzində Türkiyədə bütün sahələrdə irəliləyiş qeydə alındığını ifadə edən Ərdoğan: “Terror təşkilatlarına qarşı mübarizədən, sərhədlərimizin təhlükəsizliyini təmin etməyə və bütün məzlumlara müraciətə qədər şərəfli və qətiyyətli siyasətlə ölkəmizin nüfuzunu və etibarını, vətəndaşımızın həyat keyfiyyətini daha da gücləndirdik. Bütün bu uğurları millətlətimizlə birlikdə əldə etdik. Türkiyəni 2023-cü il (Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü) hədəflərinə yenə millətimiz ilə birlikdə qovuşduracayıq. 83 milyon vətəndaşımızın könlünü fəth etməliyik ki, onlardan vaxtı gəldikdə səs tələb edəbilək”-deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr