Rəcəb Tayyib Ərdoğan girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanlarından Furkan Yarenlə bir daha telefonda danışıb.

1570125

Hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən dövlət başçısı Qabonda lövbər salan hücuma məruz qalmış gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.

Digər tərəfdən, Türkiyənin Librevil səfiri Nilüfer Erdem Kaygısız dəniz quldurlarının hücumuna məruz qalan "Motsart" adlı gəminin xilas ola bilən üç nəfəri ilə görüşüb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Әlaqәli Xәbәrlәr