Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqlar beş ildən sonra yenidən başlayır

Beş il aradan sonra Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci turunun yanvarın 25-də İstanbulda keçiriləcəyi bildirilib.

1569984
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqlar beş ildən sonra yenidən başlayır

Beş ildən sonra Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci turunun yanvarın 25-də İstanbulda keçiriləcəyi bildirilib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 11-də Yunanıstan tərəfini tədqiqatlarla bağlı danışıqlara dəvət etmiş, həmin çərçivədə Türkiyənin dialoq, əməkdaşlıq və məsələnin həllinə tərəf olduğunu bir daha bildirmişdi.

Türkiyənin müzakirələrə ev sahibliyi edəcəyini vurğulayan nazirin heyətlərin müzakirə tarixi ilə bağlı çağırışına qarşı tərəfdən qısa vaxt ərzində cavab gəlib.

İki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərdə tədqiqatlarla bağlı müzakirələri 61-ci turunun yanvarın 25-də İstanbulda keçirilməsinə dair razılıq əldə edilib.

Rəsmi Afina ilə Ankara arasında keçiriləcək danışıqların Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinə müsbət təsir göstərəcəyi gözlənilir. Belə ki, görüşlərin keçirilməsi ilə bağlı təşəbbüs Aİ ölkələri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Yunanistanın Baş naziri Kiryakos Miçotakis de 20 yanvarda Türkiyədə keçiriləcək tədrqiqatlarla bağlı danışıqlara nikbin və özünə inamla iştirak edəcəklərini bildirib. 

Türkiyə ilə Yunanıstan arasında ilyk tədqiqat məqsədli danışıqlar 2002-ci ildə Ankarada iki ölkənin xarici işlər nazirliyi məsləhətçiləri arasında baş tutub.  

Tərəflər arasında 2016-cı ilədək 60 tur danışıq keçirilib. Son görüş isə 2016-cı ilin mart ayında Afinada keçirilib. 

Bu tarixdən sonra Yunanıstanda dövrün Baş naziri Aleksis Çipras hökumətinin istəksiz mövqeyinə görə təxirə salınan danışıqlar siyasi məsləhətləşmə formatında davam etdirilsə də, tərəflər araşdırma mərhələsinə qayıtmayıblar.



Әlaqәli Xәbәrlәr