Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 140 ölüm faktı qeydə alınıb.

1569943
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 140 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 24 min 140 nәfәrә çatıb.

Ölkədə 148 min 425 nəfər testdən keçirilib. Onlardan 5 min 277 nəfərdə virus əlaməti aşkarlanıb, 684 nəfər müalicəyə cəlb olunub. 

Sağalan 5 min 860 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  2 milyon 307 min 721 nəfər müalicə olunub. 

Bu arada, səhiyyə naziri Fahrettin Kova bu gündən (25 yanvar) başlayaraq 80 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlandığını bildirib. 

 



Әlaqәli Xәbәrlәr