Türkiyə İsraili qınayıb

Türkiyə İsrailin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 2 min 572 əlavə qanunsuz mənzilin tikilməsi üçün addım atmasını sərt dillə qınayıb.

1567896
Türkiyə İsraili qınayıb

Türkiyə İsrailin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 2 min 572 əlavə qanunsuz mənzilin tikilməsi üçün addım atmasını sərt dillə qınayıb.

Xarici İşlər Nazirliyinin bu barədə verdiyi bəyanatda "İsrailin elan etdiyi tenderlərlə 2 min 112-si İordan çayının Qərb sahilində, 460-ı Şərqi Qüdsdə olmaqla, ümumi 2 min 572 mənzildən ibarət əlavə qanunsuz məskunlaşma yerinin inşası üçün atdığı addımı sərt şəkildə qınayırıq" deyilib.

Bəyanatda İsrailin iki dövlətli bir həll yolu çərçivəsində coğrafi cəhətdən vahid bir Fələstin Dövlətinin qurulmasının qarşısını almaq və Qüdsün statusunu dəyişdirmək üçün bu kimi və buna bənzər hərəkətlərinin (bu ölkədəki) hər seçki ərəfəsində artmasının “təhlükəli fürsətçi düşüncə tərzini” əks etdirdiyi ifadə edilib.

Bu hərəkətlərlə bölgədə sülhün bərqərar olmasının yollarının da bağlanmağa cəhd edildiyi vurğulanan bəyanatda "İsrail rəhbərliyinin bu işğalçı düşüncələrinə qarşı beynəlxalq birliyi Fələstin xalqının və Fələstin torpaqlarının hüquqlarını qorumaq üçün hərəkətə keçməyə dəvət edirik" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr