Rəcəb Tayyib Ərdoğan: "Böyük və güclü Türkiyənin inşasını fasiləsiz davam etdirəcəyik"

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan "Böyük və güclü Türkiyənin inşasını tamamlayanadək dayanmayacağıq, fasilə verməyəcəyik" deyib.

1568347
Rəcəb Tayyib Ərdoğan: "Böyük və güclü Türkiyənin inşasını fasiləsiz davam etdirəcəyik"

"Böyük və güclü Türkiyənin inşasını tamamlayanadək dayanmayacağıq, fasilə verməyəcəyik".

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan Partiyanın Genişləndirilmiş Vilayət rəhbərləri yığıncağına canlı bağlantı zamanı deyib. 

"Keçən ili yeni növ koronavirus (COVİD-19) epidemiyasının kölgəsində keçirsək də, investisiyalar və büdcə tətbiqetmələrində çox yaxşı nəticələrlə başa vurduq" deyə dövlət başçı vurğulayıb. 

"Ümid edirəm 2021-ci ildə daha böyük bir irəliləyiş əldə edəcəyik" deyən dövlət başçısı "Təməl xidmət infrastrukturlarından müdafiə sənayesinə qədər hər sahədə hədəflərimizi reallaşdıra biləcəymizə inanıram. Son 18 ildə qurduğumuz güclü infrastruktur və qurduğumuz siyasi memarlıq sayəsində ölkəmizi yeni qlobal qaydada layiq olduğu yerə aparacağıq" deyə Ərdoğan sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr