Türkiyә Silahlı Qüvvәlәri qış tәliminә hazırlaşır
Azәrbaycan Silahlı Qüvvәlәrinin dә qatılacağı tәlimdә snayperlәr, xüsusi tәyinatlı qüvvәlәrin şәxsi heyәti, komandolar vә helikopterlәr iştirak edәcәk.
1565196
Türkiyә Silahlı Qüvvәlәri son dövrün әn әhatәli qış tәliminә hazırlaşır.
Azәrbaycan Silahlı Qüvvәlәrinin dә qatılacağı tәlimdә snayperlәr, xüsusi tәyinatlı qüvvәlәrin şәxsi heyәti, komandolar vә helikopterlәr iştirak edәcәk. Mәlumata görә, qış tәlimlәri 1-12 fevral tarixindә Türkiyәnin Qars vilayәtindә keçirilәcәk.
Birgә tәlimdә mәqsәd әmәkdaşlıq vә koordinasiyanı tәmin etmәk, müdafiә sәnayesi şirkәtlәri tәrәfindәn hazırlanan döyüş silahları vә nәqliyyat vasitәlәrinin gücünü sınaqdan keçirmәkdir.
Tәlimin son dövrün әn böyük tәlimlәrindәn biri olduğu qeyd olunur.
Әlaqәli Xәbәrlәr
Yaşar Gülər Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.