Türkiyə Kipr Türk Respublikasına peyvənd göndərib

Türkiyə, koronavirusa (Kovid-19) qarşı  mübarizə çərçivəsində Şimali Kipr Türk Respublikasına (ŞKTR) 20 min doza Sinovac peyvəndi göndərib.

1563451
Türkiyə Kipr Türk Respublikasına peyvənd göndərib

Şimali Kipr Türk Respublikası Səhiyyə naziri Əli Pilli mövzu ilə əlaqəli açıqlamasında: “Bu gün səhər saat 05.00-də Türkiyə Respublikasından təcili yardım təyyarəsi ölkəmizə 20 min doza Sinovac peyvəndi gətirib”.

Peyvəndlərin vurulmasına sabah başlanacağını və şənbə gününə dək davam edəcəyini ifadə edən Pilli bununla bağlı hazırlıqların tamamlandığını, peyvəndin  önçə səhiyyə işçilərinə, daha sonra 65 yaşdan yuxarı insanlara vurulacağını qeyd edib.  Planlarının  qısa müddət ərzində  bütün əhalinin peyvənd vurulması olduğunu ifadə edən nazir bunun öhdəsindən asanlıqla gələbiləcəklərinə inandığını vurğulayıb. Nazir prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin Səhiyyə naziri Fahrettin Kocaya güçlü dəstəyinə görə minnətdarlığını  bildirib və Türkiyənin  hər sahədə olduğu kimi Kovid-19 əlayhinə mübarizədə də ölkəsinə lazımlı  dəstəyi verdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr