Rauf Denktaş ölümünün ildönümündə anılıb

Prezident Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Qurucu Prezidenti Rauf Denktaşı vəfatının 9-cu ildönümündə anıb.

1563307
Rauf Denktaş ölümünün ildönümündə anılıb
TBMM BAŞKANI MUSTAFA ŞENTOP1.jpg

Ərdoğan Telegram hesabında yaydığı şərhdə: “Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti olan Rauf Denktaşı unutmayacağıq”. Ərdoğan 2004-cü ildə çəkilmiş bir fotoşəkili paylaşdığı  açıqlamasında ‘Rauf Bəyi  rəhmətlə yad edirəm’- deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da sosial mediada hesabından paylaşdığı mesajında “Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti mərhum Rauf Denktaşı ölümünün ildönümündə hörmətlə yad edirəm. Azadlığı uğrunda mübarizə apardığı Şimali Kipr Türk Cümhuriyyəti sonsuza dək varlığını davam etdirəcək”.



Әlaqәli Xәbәrlәr