Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracağıq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını deyib.

1562993
Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracağıq’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını deyib.

Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan  partiyasının VII Fövqәladә Kırşehir, Yozqat, vә Sivas  Şәhәr Konqreslәrindә  videokonfrans yolu ilә iştirak edib. Çıxışında yeni növ koronavirus epidemiyası sәbәbindәn dayandırdıqları konqreslәrinә bu gün yenidәn başladıqlarını vurğulayan Rәcәb Tayyib Әrdoğan 2023-cü ildә keçirilәcәk  hәm parlament, hәm dә prezident seçkilәrindә qәlәbә qazanacaqlarını deyib.

Türkiyәni 2023-cü il hәdәflәrinә çatdıracaqlarını bildirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ölkəmizi 2023-cü il hədəflərinə bütünlüklə çatdırmadan bizə durmaq, dayanmaq, bir anı belə boşa vermək haramdır. Bizi nә terror tәşkilatlarının xain әmәllәri, nә dә ölkәmizә hücum edәnlәrin oyunları yorur. Bütün bunların öhdәsindәn gәldik, gәlәcәyik’’.



Әlaqәli Xәbәrlәr