Rәcәb Tayyib Әrdoğan vaksinasiya prosesi ilә bağlı bәyanat verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirusa qarşı vaksinasiya prosesinin hәftә sonunadәk başlayacağını deyib.

1561645
Rәcәb Tayyib Әrdoğan vaksinasiya prosesi ilә bağlı bәyanat verib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirusa qarşı vaksinasiya prosesinin hәftә sonunadәk başlayacağını deyib.

Prezident Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib. İclasda yeni növ koronavirusa qarşı aparılan mübarizәni qiymәtlәndirdiklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan virusdan ölüm vә yoluxma sayının azaldığına diqqәt çәkib. Virusla mübarizәdә gigiyenanın әhәmiyyәtini bir daha vurğulayan  Türkiyә prezidenti Çindan 3 milyon doza peyvәndin gәldiyini deyib. Rәcәb Tayyib Әrdoğan qeyd edib ki, peyvәndlә bağlı aparılan sınaqlar başa çatdıqdan sonra cümә axşamı vә ya cümә günü vaksinasiya prosesi başlayacaq.

‘‘Yoluxanların sayının müәyyәn bir rәqәmin altına enmәsi ilә tәdbirlәri mәrhәlәli şәkildә yumuşaldacağıq’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

 




 



Әlaqәli Xәbәrlәr