Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Aİ ailəsində layiq olduğu yeri tutmalıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciət edib.

1562167
Prezident Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Aİ ailəsində layiq olduğu yeri tutmalıdır"
Erdoğan Büyükelçi.2.jpg

"Heç bir etibarlılığı olmayan maksimalist xəritələr üzərindən ölkəmizin sahillərinə həbs edilmə cəhdlərinə etiraz edirik".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

Birlik həmrəyliyini artırmaq bəhanəsinin arxasına sığınılarak Türkiyə-Aİ gündəmindən sui-istifadə edənlər olduğuna diqqət çəkən dövlət başçısı "Bu yanaşma bir tərəfdən köklü münasibətlərimizi həbs edərkən, digər tərəfdən İttifaqın regional və qlobal güc olmaq iddiasını zəiflədir. Şərqi Aralıq dənizini rəqabət sahəsindən çıxarıb uzunmüddətli maraqlarımıza xidmət edəcək bir əməkdaşlıq hövzəsinə çevirməliyik" deyib.
"Yunanıstanı gərginliyi artıran fəaliyyətlərdən əl çəkməyə dəvət edirik" deyən Prezident araşdırma danışıqlarının yeni bir dövrü xəbər verəcəyinə inandığını ifadə edib.

Aİ-nin bu yaxınlarda Kıbrıs (Kipr) Türk tərəfi ilə heç bir əlaqə saxlamadığına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan, sözlərini belə davam etdirib:

"Aİ Kıbrıs probleminin həllində necə asanlaşdırıcı bir rol oynaya bilər. Türkiyənin və Şimali Kıbrıs Türk Cümhuriyyətinin daxil olmadığı heç bir həll yolundan Şərqi Aralıq dənizində sülhün əldə edilə bilməyəcəyi artıq başa düşülmüşdür. Kıbrısda uğursuz olmuş modelləri təkrardan müzakirə etmək əvəzinə yeni və realist alternativləri müzakirə etməliyik".

Prezident Rəcəb Tayyib Ərdoğan otuz ildən sonra olsa da, Qarabağda ədalətin bərpa olunduğuna işarə edərək deyib ki,  bölgə həsrət qaldığı sabitliyinə qovuşdu. Otuz ildir öz yurdlarından didərgin düşmüş azərbaycanlı soydaşlarımızın doğma yurdlarına geri dönməsi təmin olundu.

Dövlət başçısı diqqətə çatdırıb ki, Minsk qrupunun 30 il ərzində həll edə bilmədiyi problem Türkiyənin dəstəyi ilə 44 gündə ədalətli həllini tapdı.

Avropadakı İslamofobik yanaşmalara toxunan Prezident Ərdoğan çıxışında "Anti-İslamizm, Avropa dəyərləri baxımından böyük bir qara dəliyə çevrilir, eyni zamanda Avropada yaşayan 6 milyona yaxın xalqımızın təhlükəsizliyini təhdid edir" deyib.

Ərdoğan Türkiyə və Aİ əlaqələrinə də toxunaraq bildirib ki, ölkə olaraq uzun müddətli bir perspektivlə müsbət gündəm yaratmağa və münasibətlərimizi yenidən yoluna qoymağa hazırıq. Ölkəmizin 60 illik üzvlük prosesi bizim üçün strateji bir seçim olduğu kimi, Aİ-nin də ölkəmizi tam üzvlüyə qəbul etməsi ittifaqın gələcəyi üçün ontoloji seçim olacaq. "Brexit" ilə artan qeyri-müəyyənlik yalnız Türkiyənin Avropa ailəsində layiqli yerini tutması ilə həll edilə bilər.

Müraciətində  Gömrük Birliyinin yenilənməsinin lazım olduğuna diqqət çəkən Ərdoğan "İmmiqrasiya mövzusunda dəyişən həqiqətləri nəzərə alacaq, əlaqələrimizə inam və istiqamət qazandıracaq şəkildə edilməlidir" deyib.

Türkiyənin terrorla mübarizə sahəsində heç bir NATO ölkəsini yalnız buraxmadığını xatırladan Ərdoğan "Görəsən NATO-nun digər ölkələri bizi niyə tək buraxır?" sualını verib.

Prezident yeni növ koronavirus virusu (Covid-19) haqqında da isə,

"İnsan üzərindəki test mərhələsindəki yerli peyvəndlərimizi lazımlı təsdiqlərdən sonra millətimizin və bütün insanlığın xidmətinə təqdim edəcəyik" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr