M. Çavuşoğlu: "ABŞ-da baş verənlər bütün dünyanı narahat etdi"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bu hadisələrin onu təəccübləndirmədiyini, çünki bunun siqnallarını əsasən prezident seçkilərindən bəridir izlədiklərini bildirib.

1559782
M. Çavuşoğlu: "ABŞ-da baş verənlər bütün dünyanı narahat etdi"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Donald Tramp tərəfdarlarının ABŞ-da Konqres binasına girməsiylə başlayan hadisələrlə əlaqədar olaraq, "Baş verənlər yalnız bizim üçün deyil, Avropa və bütün dünya üçün narahatlıq doğuran bir hadisədir. Problemin həllindən məmun olduq" deyib.

Nazir Çavuşoğlu bunu rəsmi görüşlər aparmaq üçün getdiyi Portuqaliyanın paytaxtı Lissabonda bu ölkənin xarici işlər naziri Augusto Santos Silva ilə ikitərəfli və heyətlərarası görüşlərdən sonra təşkil edilən ortaq mətbuat konfransında deyib.

Nazir Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Tramp tərəfdarlarının yanvarın 7-də Konqres binasına girməsilə baş verən hadisələri qiymətləndirərkən, bu hadisələrin onu təəccübləndirmədiyini, çünki bunun siqnallarını əsasən prezident seçkilərindən bəridir izlədiklərini bildirib.

"Biz həqiqətən çox narahat olduq. Dünən Vaşinqtonda baş verən hadisə ABŞ-da ilk dəfə idi və nəticədə sağlam düşüncə üstünlük qazandı. Dünən baş verənlər yalnız bizi deyil, Avropanı və bütün dünyanı narahat edən bir hadisə idi. Problemin həll olunmasından məmnunuq" deyə Çavuşoğlu vurğulayıb. 

Nazir Çavuşoğlu həmkarı Silvayla görüşündə Portuqaliya ilə Türkiyə arasında Ortaq İqtisadi Komissiyası toplantısının keçirilməsinə hökumətlərarası zirvə əvvəli qərar verdiklərini bildirib.

Silva ilə görüşündə regional məsələlərlə yanaşı ikitərəfli məsələləri müzakirə etdiklərini söyləyən Çavuşoğlu Mozambik başda olmaqla Liviya, Dağlıq Qarabağ, Suriya, Şərqi Aralıq dənizi, Venesuela və Afrikadakı vəziyyəti qiymətləndirdiklərini söyləyib.

Rəsmi danışıqlar aparmaq üçün Portuqaliyanın Lissabon şəhərində olan Çavuşoğlu Portuqaliyanın baş naziri Kosta tərəfindən də qəbul edilib.

Çavuşoğlu görüşləri çərçivəsində Portuqaliya-Türkiyə Dostluq Qrupu  Parlmentlərarası Dostluq Qrupunun sədri Pedro Roque Oliveira ilə də bir araya gəlib.



Әlaqәli Xәbәrlәr