Süleyman Soylu: "Şırnakda 5 PKK terrorçusu silahları ilə zərərsizləşdirilib"

Şırnak vilayətinin Qabar Dağı bölgəsində yerləşən mağarada 5 PKK terrorçusu silahları ilə zərərsizləşdirilib.

1556302
Süleyman Soylu: "Şırnakda 5 PKK terrorçusu silahları ilə zərərsizləşdirilib"

Şırnak vilayətinin Qabar Dağı bölgəsində yerləşən mağarada 5 PKK terrorçusu silahları ilə zərərsizləşdirilib.

Bu barədə Daxili İşlər naziri Süleyman Soylu verdiyi məlumatda bildirib. 

Soylu sosial mediada yer tutan məlumatda Şırnak Qabardakı 5 terrorçunun mağarada zərərsizləşdirildiyini qeyd edib: "2021-ci ildə qəhrəmanlarımız Qabar Dağından ilk xəbəri verdilər ... (Terrorçuların) yuvalarına girdilər. 5 terrorçu qəhrəman komandolarımız tərəfindən mağarada silah və sursatla zərərsizləşdirildi ... Allah övladlarımızı qorusun ..."

Zərərsizləşdirilən 5 terrorçudan ikisinin terrordan axtarılanlar siyahısında boz kateqoriyada yer aldığı bildirilib.

Digər tərəfdən, Milli Müdafiə Nazirliyinin bəyanatına görə, Suriyada "Sülh çeşməsi" əməliyyatı bölgəsinə daxil olmağa cəhd edən 2, "Fərat qalxanı" bölgəsinə hücuma hazırlaşan 1 PKK/YPG-li terrorçu zərərsizləşdirilib. 



Әlaqәli Xәbәrlәr