Prezident Ərdoğandan yeni il mesajı

Prezident Ərdoğan yeni ilin Türkiyə, region və ümumdünyadakı bütün insanlar üçün xeyirli olmasını diləyib.

1555289
Prezident Ərdoğandan yeni il mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan yeni il münasibətiylə verdiyi açıqlamada millətin hər bir üzvündən, xüsusilə Yeni il ərəfəsində qaydalara riayət edərək epidemiya əleyhinə mübarizəyə dəstək verməsini istəyib.

2020-ci ilin yeni növ Koronavirus (Kovid-19) epidemiyası  başda olmaqla bir çox çətinliklərlərə  məruz qalınaraq  keçirilən bir il olduğunu ifadə edən Prezident Ərdoğan, dünyanı  təsiri altına alan “Kovid-19” virusunun əsrin ən təhlükəli sağlamlıq böhranı kimi tarixə qeyd edildiyini vurğulayıb. Bununla birlikdə, dünyanın hər yerindən istehsala əsaslanan müxtəlif sahələrdə ciddi çətinliklər ilə üz-üzə gəlindiyinə diqqət çəkib və  Türkiyənin  epidemiyanın ən həssas mərhələsini sahib olduğu güclü sağlamlıq infrastrukturu və vaxtında həyata keçirilən tədbirlər sayəsində ən az zərərlə keçirdiyini qeyd edib. Türkiyənin emidemiyanı yüksək reanimasiya potensialı və bir milyon 100 mindən çox sağlamlıq ordusu ilə müvəffəqiyyətlə idarə etdiyini, bu prosesdə vətəndaşlara diaqnoz, müalicə, dava-dərman başda olmaqla hər cür sağlamlıq xidmətinin pulsuz çatdırıldığını bu xidmətlərin  əzmlə davam etdiriləcəyini deyib və  hər kəsdən tədbirlərə riayət etməsini istəyib.



Әlaqәli Xәbәrlәr