Putinin prezident Ərdoğana yeni il təbrik mesajı

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana yeni il təbriki göndərib.

1554716
Putinin prezident Ərdoğana yeni il təbrik mesajı

Rusiya Prezidenti Vladimir Putinin təbrik mesajını Kremlin açıqlanıb. 2021-ci ildə Moskva ilə Ankaranın Avrasiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində səmərəli əməkdaşlıq edəcəyinə diqqət çəkilən təbrikdə qeyd edilib ki, Rusiya və Türkiyə arasındaki münasibətlərin bütün əsas sahələrdə davam edən inkişafını yüksək qiymətləndiririk. Epidemiya dövrünün bütün çətinliklərinə baxmayaraq iki ölkə arasındaki  dialoq güçlü şəkildə davam etdirilir. Enerji sahəsində əhəmiyyətli layəhələr həyata keçirilir. Hərbi-texniki, ticarət-iqtisadiyyat başda olmaqla bir çox sahədə əməkdaşlıq davam etdirilir. "Əminəm ki, gələn il Moskva və Ankara ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələləri üzrə Avrasiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində rus və türk xalqının maraqlarına tam cavab verəcək səmərəli əməkdaşlıq etməkdə davam edəcək.



Әlaqәli Xәbәrlәr