72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsi təqdim edilməlidir

Türkiyənin hava, quru və dəniz yolu ilə gələcək bütün sərnişinlərin son 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təqdim etməsilə bağlı qərarı sabahdan başlayır.

1554013

Tətbiq 2021-ci ilin mart ayına qədər davam edəcək.

Avropadan Türkiyəyə Edirne sərhəd-keçid məntəqəsindən girişlərdə də tətbiq ediləcək tətbiqdə quru yolu ilə sərhəd-keçid məntəqələrindən Türkiyəyə girmək istəyənlərdən pasport yoxlamaları zamanı son 72 saatdakı PCR test nəticələri tələb ediləcək.
Sərhəd-keçid məntəqəsində test nəticəsini təqdim etməyənlər geri qayıtma hüququndan istifadə edə biləcəklər yaxud da Türkiyədə qala biləcəklərini bəyan etdikləri (ev, otel) ünvanda karantinə alınacaqlar.
Qalacaqları yer olmadığını bildirənlər Səhiyyə Müdirliyinin göstərdiyi yerlərdə karantinə götürüləcəklər.

Karantinin 7-ci günü PCR testləri mənfi olanlar üçün karantin müddəti bitmiş olacaq. Testi müsbət olanlar Səhiyyə Nazirliyinin yeni tip koronavirus (Covid-19) təlimatına uyğun olaraq müalicə alacaqlar.

Әlaqәli Xәbәrlәr