Prezident Ərdoğan ilə Prezidənt Əliyev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi qurub.

1551236
Prezident Ərdoğan ilə Prezidənt Əliyev arasında telefon danışığı olub

Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən yayılan açıqlamaya görə Prezident Ərdoğan İlham Əliyevin ad gününü təbrik edib. Ailəsi və milləti ilə birlikdə sağlam, dinc və uzun həyat arzuladığını bildirib. Əliyevin ölkəsinin çiçəklənməsi, inkişafı ilə yanaşı regional sülh və sabitliyi uğrundakı səylərinin tarixi əhəmiyyət daşıdığını ifadə edib. Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfələrinə görə təşəkkürlərini bildirib. Türkiyə-Azərbaycan qardaşlığının hər sahədə güclənərək davam edəcəyinə inamının tam olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr