Mövlud Çavuşoğlu İndoneziya Prezidenti Joko Widodo ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu İndoneziya səfəri çərçivəsində bu ölkənin Prezidenti Joko Widodo və Müdafiə Naziri Prabowo Subianto ilə görüşüb.

1549864
Mövlud Çavuşoğlu İndoneziya Prezidenti Joko Widodo ilə görüşüb
Mevlut Cavusoglu-Joko Widodo.jpg
Prabowo Subianto-Mevlut Cavusoglu.jpg

Mövlud Çavuşoğlu, Twitter-dəki açıqlamasında rəsmi səfərdə olduğu İndoneziyada Prezident Widodo tərəfindən qəbul edildiyini bildirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Widodo-ya çatdırdığını ifadə edən Çavuşoğlu, iki ölkə arasındaki "Yüksək Səviyyəli Strateji Şuranın ilk iclasının 2021-ci ildə prezident Ərdoğanın bu ölkəyə reallaşdıracağı səfər zamanı keçiriləcəyini qeyd edib. Dost və qardaş İndoneziya ilə münasibətlərin hər sahədə inkişaf etdiyinə diqqət çəkib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çavuşoğlu daha sonra Müdafiə naziri Subianto ilə görüşüb. Hərbi mərasimlə qarşılanan Çavuşoğlu, İndoneziya naziri ilə çoxtərəfli görüşə qatılıb.



Әlaqәli Xәbәrlәr