TİKA Livanın şimalındakı Türkmənlərə kənd təsərrüfatı dəstəyi verib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Livanın şimalındakı Türkmənlərə kənd təsərrüfatı dəstəyi verib.

1548843
TİKA Livanın şimalındakı Türkmənlərə kənd təsərrüfatı dəstəyi verib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Livanın şimalındakı Türkmənlərə kənd təsərrüfatı dəstəyi verib.

TİKA-nın Beyrutdakı ofisindəki koordinatoru Orhan Aydın maliyyə böhranın səbəb olduğu işsizlik və yoxsulluğa qarşı Livandakı dəstək layihələrini davam etdirdiklərini bildirib. 

Livanın taxıl, tərəvəz və meyvə ehtiyacının təxminən 80 faizini idxal hesabına təmin etdiyinə diqqət çəkən Aydın ölkədəki mövcud iqtisadi böhranın və yerli valyutanın rekord ucuzlaşmasından sonra xalqın alıcılıq gücünün əhəmiyyətli dərəcədə azaldığını və işsizlik nisbətlərinin tarixi səviyyəyə çatdığına diqqət çəkib.

Aydın TİKA olaraq  Livanda xüsusən də əkinçilik sektorunda istehsal, məşğulluq və peşə təmin etməyi hədəfləyən layihələrlə maraqlandığını qeyd edib və dini, məzhəb və etnik ayrıseçkilik olmadan ölkə daxilində həyata keçiriləcək "Livan Kənd İnkişafı və İstehsalın Canlandırılması Proqramı" nı tətbiq etdiklərini vurğulayıb.

Qeyd edək ki, dövlət borcunun 90 milyard dolları keçən Livan 1975-1990-cı illərdəki vətəndaş müharibəsindən bəri ən böyük maliyyə böhranlarından birini yaşayır.
İşsizliyin yüzdə 35 faiz olduğu və yoxsulluğun 50 faizdən çox olduğu Livan avqust ayında Beyrut Limanındakı böyük partlayışla daha da pisləşdi.



Әlaqәli Xәbәrlәr