Mövlud Çavuşoğlu Nikos Dendiasa cavab verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın "Twitter"dan paylaşdığı məqaləsinə cavab verib.

1548794
Mövlud Çavuşoğlu Nikos Dendiasa cavab verib

"Sevgili Niko bax yeni il üçün dost kimi bir tövsiyə: Başqalarından kömək istəməyi və Yunanıstan xalqının nüfuzuna xələl gətirməyi dayandır" .

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın "Twitter"dan paylaşdığı məqaləsinə verdiyi cavabında deyib.

Çavuşoğlu cavabında "Sevgili Niko bax yeni il üçün dost kimi bir tövsiyə: Başqalarından kömək istəməyi və Yunanıstan xalqının nüfuzuna xələl gətirməyi dayandır. 2021-ci il birbaşa, səmimi və ciddi şəkildə danışaraq fərqliliklərimizi ədalətlə həll etdiyimiz bir il olsun" ifadələrindən istifadə edib.

Qeyd edək ki, Yunanistanın Xarici İşlər naziri Dendias Avropa ölkələrinin Türkiyəyə qarşı silah sanksiyası mövzusunu dəfələrlə Avropa İttifaqının gündəminə gətirdiklərini irəli sürərək, "ABŞ-ın NATO-nun bütövlüyünə qarşı təxribatçılıq etdiyi üçün Türkiyəyə qarşı sanksiya tətbiq etdiyini" iddia etmişdi.



Әlaqәli Xәbәrlәr