Prezident Ərdoğan: "Bu qatil sürülərinin kökünü kəsmək üçün birgə mübarizəmizi davam etdirəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan nə  Türkiyənin nə İraqın, nə də Suriyanın gələcəyində bölücü terrorun əsla yerinin olmadığını söyləyib.

1547497
Prezident Ərdoğan: "Bu qatil sürülərinin kökünü kəsmək üçün birgə mübarizəmizi davam etdirəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan nə  Türkiyənin nə İraqın, nə də Suriyanın gələcəyində bölücü terrorun əsla yerinin olmadığını söyləyib.

Prezident Ərdoğan Ankarada səfərdə olan İraqın Baş naziri Mustafa əl-Kazimi ilə birgə mətbuat konfransı keçirib.

Dövlət başçısı öz növbəsində Türkiyə olaraq İraqın siyasi birliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin tərəfdarı olduqlarını vurğulayaraq, ölkənin bərpası üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib. 

“İraqla ortaq düşmənimiz DEAŞ, PKK və FETÖ terror təşkilatı ilə birgə mübarizəni gücləndirəcəyik.   İraq nazirlərinin terrora qarşı mübarizəsini təqdir edirik. Türkiyə olaraq qanuni müdafiə haqqımız çərçivəsində iraqlı qardaşlarımıza dəstək verəcəyik. Nə Türkiyə, nə İraq, nə  də Suriya bölücü terror təşkilatlarının fəaliyyətinin genişlənməsinə yol verməyəcək. Regionumuza qan, göz yaşı, dağıntı gətirən bu qatil sürülərinin kökünü kəsmək üçün birgə mübarizəmizi davam etdirəcəyik”-deyə Ərdoğan qeyd edib. 

Dövlət başçısı yaxın zamanda İraqa səfər etməyi düşündüyünü qeyd edərək sözlərinə davamla deyib ki, İraqla Türkiyə arasında ticarət həcminin 20 milyard dollara çatdırılacağına qərar verildi. İki qonşu ölkə arasında əlaqələrin hər sahədə inkişaf etdiriləcək. Xüsusilə enerji sahəsində böyük əmədaşlıq potensialımız var. DEAŞ tərəfindən  dağıntıya məruz qalan Kərkük-Ceyhan neft boru xəttinin təmirinin  tamamlanaraq, Kərkük neftinin tez bir zamanda yenidən və daha yüksək miqdarda  dünya bazarına çıxarılmasını istəyirik.

İraqın Baş naziri isə öz növbəsində deyib ki, Türkiyə bizim üçün Orta Şərqdə əhəmiyyətli bir ölkədir və ən önəmli tərəfdaşlarımızdandır. İraqın Türkiyəni təhdid edən heç bir təşkilatlanmaya müsamihə göstərməsi mümkün deyil. İraqda DEAŞ-ın dağıntıya məruz qoyduğu əraziləri Türkiyə ilə birlikdə yenidən inşa edəcəyik.

 



Әlaqәli Xәbәrlәr