Prezident Rəcəb Tayyib Ərdoğan Mustafa əl-Kazimini qəbul edəcək

İraqın Baş naziri Mustafa əl-Kazimi Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu gün Türkiyəyə gələcək.

1546972
Prezident Rəcəb Tayyib Ərdoğan Mustafa əl-Kazimini qəbul edəcək

İraqın Baş naziri Mustafa əl-Kazimi Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu gün Türkiyəyə gələcək.

Paytaxt Ankaradakı görüşləri çərçivəsində Kazimi Prezident iqamətgahında dövlət başçısı Ərdoğanla bir araya gələcək.

İki ölkə arasında bütün sahələrdəki əlaqələri sürətləndirəcəyi gözlənilən səfər zamanı bölücü terror təşkilatı PKK-nın İraqdakı mövcudluğunun gündəmə gələcəyi və Kaziminin terror təşkilatının İraqdakı qanunsuz təşkilatlanmasının sona çatmasını nəzərdə tutan Sincar müqaviləsinin həyata keçirilməsinə dair son məlumatları çatdıracağı gözlənilir.



Әlaqәli Xәbәrlәr