Prezident Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra bəyanat verib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatının hər cür sərt sınaqlara, ortaya çıxan fürsətlərə və fərqli ssenarilərə qarşı hazırlıqlı olduğunu bildirib.

1545520
Prezident Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra bəyanat verib

Türkiyə iqtisadiyyatı hər cür sərt sınaqlara, ortaya çıxan fürsətlərə və fərqli ssenarilərə qarşı hazırlıqlıdır.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra verdiyi bəyanatda deyib.
"Vətəndaşlarımdan sakit olmalarını, davamlı ümidsizliq təlqin edənlərə inad bizə və iqtisadiyyatımıza etimad etmələrini istəyirəm" deyə dövlət başçısı qeyd edib.
Ərdoğan Türkiyənin qlobal iqtisadiyyatda bəlkə də iqtisadiyyat tarixində yer alacaq bir dövr yaşadığını qeyd edərək, "Türkiyə (Covid-19) pandemiyadan sonrakı dövrə güclü, davamlı və rəqabətçi bir qlobal oyunçu olaraq girməkdə qətiyyətlidir" ifadələrdən istifadə edib.

Ərdoğan məşğulluq nisbətini artıracaq siyasətlərə üstünlük verəcəklərini bildirib.

Dövlət başçısı açıqlamasında Milli Kosmik Proqramı da toxunaraq,"Ölkəmizin bayrağını kosmosda daha güclü dalğalandıracağımız günlər çox yaxındır" müjdəsini verib.



Әlaqәli Xәbәrlәr