ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına ölkə daxilində sərt reaksiyalar verildi

ABŞ-ın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərarına ölkə daxilində sərt raksiya verildi.

1545541
ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına ölkə daxilində sərt reaksiyalar verildi

ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına ölkə daxilində sərt reaksiyalar göstərildi.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "Twitter" hesabından verdiyi açıqlamada "Sanksiyalar nə müttefiqliklə ilə nə müttəfiqi yenidən qazanma iradəsilə üst-üstə düşür. Müdafiə sənayisində Türkiyəni özünə məhkum zənn edən bu anlayış zamandan geridə qalmışdır" ifadələrindən istifadə edib.

Prezidentin köməkçisi Fuad Oqtay isə, "Türkiyənin güclü mövqeyinə hər hansı ölkənin sanksiya qərarı təsir edə bilməz" deyib.

"ABŞ-ın qəbul etdiyi sanksiya qərarı, Prezidentimizin rəhbərliyi altında milli maraqlarımız və müdafiə sənayesi üçün atacağımız addımlarda qətiyyətimizi daha da artıracaq" deyə Fuad Oqtay vurğulayıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da "Sanksiya qərarını əlimizin arxası ilə itələdik. Milli məsələmiz; şərəfli bir mövqe nümayiş etdiririk" deyib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup başçısının əvəzi Engin Altay  "CHP olaraq hökumətə deyirik ki, onları əlinizin arxası ilə itələyin. Kiçik də olsa güzəştə getməyin. Türkiyənin ABŞ-ın himayəsinə ehtiyacı yoxdur" deyib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın isə "Türkiyə, müdafiə sənayesinin hədəflərinə çatmaq üçün addımları stabil bir şəkildə atmağa davam edəcək" deyə paylaşım edib. 

Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun da "Twitter" hesabında açıqlama verib.

"Türkiyə lobbiləri sevindirmək üçün qurban edilə bilməyəcək qədər əhəmiyyətlidir. ABŞ-ın bu böyük səhvdən gec olmadan qayıdacağına inanmağa davam edirik" deyə Altun vurğulayıb.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərara gəlib.



Әlaqәli Xәbәrlәr