TBMM-nin sədri Mustafa Şentop İranın Ərdoğanın əleyhinə olan mövqeyini qınayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda aparılan kampaniyaya qarşı öz etrazını bildirib.

1544447
TBMM-nin sədri Mustafa Şentop İranın  Ərdoğanın əleyhinə olan mövqeyini qınayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda yayılan nalayiq açıqlamalara qarşı öz etrazını bildirib.

TBMM sədri özünün "Twitter" səhifəsində bu barədə yazıb: "Bəzi iranlı səlahiyyət sahibləri tərəfindən Cənab Prezidentimizə qarşı nümayiş etdirilən nalayiq davranışlar əsla qəbuledilməzdir. İrana embarqo qoyulduqda, İran təcrid olunduqda hər zaman cəsarətlə bu ölkənin hüquqlarını müdafiə edən cənab Prezidentimiz olub. Onlara qarşı sanksiya tətbiq edənlərə göstərə bilmədikləri reaksiyanı Türkiyəyə göstərənlər iki ölkə arasındakı əlaqlərin qiymətini başa düşməyən həddini bilməyənlərdir. Yayılan nalayiq bəyanatları sərrt dillə qınayıram".



Әlaqәli Xәbәrlәr