Taras Kaçka Ukrayna ilә Türkiyә arasındakı iqtisadi münasibәtlәri qiymәtlәndirib

Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka hәm Ukrayna, hәm dә Türkiyәnin Azad Ticarәt Razılaşmasına ehtiyacı olduğunu söylәyib.

1541978

Taras Kaçka bildirib ki, siyasi baxımdan müqavilә bağlamaq üçün şansımız var.

 Taras Kaçka Ukraynanın ‘‘Ukrinforma’’ xәbәr  agentliyinә müsahibә verib. Kaçka müsahibә zamanı Türkiyә ilә Ukrayna arasında Azad Ticarәt Razılaşmasına dair aparılan danışıqları qiymәtlәndirib.

Danışıqların texniki vә siyasi sәviyyәdә davam etdiyini bildirәn Kaçka Azad Ticarәt Razılaşmasına әsas mәhsulların daxil edilmәsinin vacibliyini vurğulayıb.

Kaçka Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyәyә etdiyi sәfәr zamanı vә sonra danışıqların bir neçә mәrhәlәsinin hәyata keçirildiyini deyib.

‘‘Hazırda çox yaxşı göstәricilәrimiz var. İki ölkә arasındakı ticarәt hәcmi artır. Hәm Ukraynanın,hәm dә Türkiyәnin bu razılaşmaya ehtiyacı var. Siyasi baxımdan müqavilә bağlamaq üçün şansımız var. Ancaq əlbəttə ki, dəmir, buğda, xidmət və investisiya məsələlərdə dinamikanı tәmin etmәliyik’’,-deyә Taras Kaçka vurğulayıb.

Әlaqәli Xәbәrlәr