Rәcәb Tayyib Әrdoğan bu gün Azәrbaycana sәfәr edәcәk

Rәcәb Tayyib Әrdoğan vә Azәrbaycan prezidenti İlham Әliyev Dağlıq Qarabağda tәmin edilәn atәşkәsdәn sonra ilk dәfә bir araya gәlәcәklәr.

1542051
Rәcәb Tayyib Әrdoğan bu gün Azәrbaycana sәfәr edәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün Azәrbaycana sәfәr edәcәk.

Rәcәb Tayyib Әrdoğan vә Azәrbaycan prezidenti İlham Әliyev Dağlıq Qarabağda tәmin edilәn atәşkәsdәn sonra ilk dәfә bir araya gәlәcәklәr.

İki gün davam edәcәk sәfәr çәrçivәsindә iki ölkә arasındakı münasibәtlәr  vә Dağlıq Qarabağdakı son vәziyyәt müzakirә olunacaq.

Liderlәr hәmçinin Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi ilә bağlı son vәziyyәti vә mәrkәzlә bağlı aparılan fәaliyyәtlәri qiymәtlәndirәcәklәr. Görüşdә Türkiyә vә Azәrbaycanın birlikdә atacağı addımlar da müzakirә edilәcәk.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Dağlıq Qarabağda әldә edilәn qәlәbә münasibәtilә paytaxt Bakıda keçirilәcәk Zәfәr paradına da qatılacaq.

 



Әlaqәli Xәbәrlәr