"Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycana hərəkətindən əvvəl Esenboğa Hava Limanında açıqlama verib.

1542430
"Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycana hərəkətindən əvvəl Esenboğa Hava Limanında açıqlama verib.

"Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən bu mücadilədə böyük həmrəylik göstərib. Şükürlər olsun ki, bu gün ay ulduzlu bayraq Qarabağ səmasında qürurla dalğalanır. 30 illik ədalətsizliyə son qoyulmasının  sevinci yaşanır. Biz də ilk gündən tutmuş Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əlimizdəki bütün imkanlarla dəstə verdik. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək" deyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Səfərin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan şanlı Azərbaycan Ordusunun Bakıda keçirəcəyi Zəfər paradında iştirak edəcək. Azərbaycan-Türkiyə münasibətlərinə dair mühüm müzakirələr aparılacaq.

Dövlət başçısı bildirib ki, işğaldan azad olunmuş torpaqlarda yenidənqurma prosesləri ilə bağlı istər sərmayə, istərsə də quruculuq işlərində Azərbaycanla birlikdə olacağıq.



Әlaqәli Xәbәrlәr