İstanbuldan Çinə yola çıxan ilk ixrac qatarı Ankaraya çatdı

Türkiyədən Çinə getmək üçün yola düşən ilk ixrac qatarı dekabrın 6-da Ankaraya çatdı.

1540571
İstanbuldan Çinə yola çıxan ilk ixrac qatarı Ankaraya çatdı
Tren.jpg

Türkiyədən Çinə getmək üçün yola düşən ilk ixrac qatarı dekabrın 6-da Ankaraya çatdı.

Qatar Kocaeli stansiyasından keçərək paytaxt Ankaraya gəlib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar ümumilikdə 8 693 kilometr yol gedəcək. Polad magistrallar üzərindən qrafik üzrə ləngimədən mənzil başına doğru gedən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək.

Qeyd edək ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edir.



Әlaqәli Xәbәrlәr