Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

‘‘Zeytun budağı’’ әmәliyyatının keçirildiyi bölgәdә bir әsgәrin şәhid olduğu qarşıdurmadan sonra hәyata keçirilәn әmәliyyat nәticәsindә 17 terrorçu zәrәrsizlәşdirilib.

1539564

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Türkiyә Silahlı Qüvvәlәri Suriyanın şimalında terrorçulardan tәmizlәnәn bölgәlәrә sızmağa cәhd göstәrәn separatçı terror tәşkilatı PKK/YPG-nin üzvlәrinә  ağır zәrbәlәr endirib.

Xatırladaq ki, dekabrın 3-dә  ‘‘Zeytun budağı’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn terrorçularla tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma yaşanıb, nәticәdә bir әsgәr şәhid olub.

Әlaqәli Xәbәrlәr