Türkiyә XİN İӘT-nın Nigerdә baş tutan iclası ilә bağlı bәyanat yayıb

Türkiyә İslam Әmәkdaşlıq Tәşkilatının (İӘT) xarici işlәr nazirlәri sәviyyәsindәki 47-ci iclasında qәbul edilәn qәrarları mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.

1537879

Xarici İşlәr Nazirliyi Nigerin paytaxtı Niameydә tәşkil edilәn iclasda qәbul edilәn qәrarlarla bağlı bәyanat yayıb. Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Xarici işlәr naziri Mövlud Çavuşoğlunun iştirakı ilә 27-28 noyabr tarixlәindә Niameydә tәşkil edilәn İslam Әmәkdaşlıq Tәşkilatının xarici işlәr nazirlәri sәviyyәsindәki 47-ci iclasında qәbul edilәn qәrarlar İslam dünyasını maraqlandıran ortaq mәsәlәlәr baxımından әhәmiyyәt kәsb edir’’.

Bәyanatda Çadın keçmiş xarici işlәr naziri Hissein Brahim Tahanın İslam Әmәkdaşlıq Tәşkilatının Baş katibi olaraq Afrika Qrupunun ortaq namizәdi seçilmәsindәn duyulan mәmnuniyyәt ifadә edilib.

Bәyanatda hәmçinin tәşkilatın mövcud Baş katibi Yusif әl-Useymә göstәrdiyi xidmәtlәrә görә tәşәkkür edilib.

Әlaqәli Xәbәrlәr