Türkiyə Avropa Parlamentinin qərarına reaksiya verdi

Türkiyə Avropa Parlamenti (AP) Baş Məclisinin Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti haqqında qəbul etdiyi qanuni əsası olmayan tövsiyə qərarını tamamilə rədd etdiyini bildirib.

1535318
Türkiyə Avropa Parlamentinin qərarına reaksiya verdi

Türkiyə Avropa Parlamenti (AP) Baş Məclisinin Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) haqqında qəbul etdiyi qanuni əsası olmayan tövsiyə qərarını tamamilə rədd etdiyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy AP Baş Məclisində Qapalı Maraşa və Kıbrıs məsələsi ilə bağlı qəbul edilən qərarla bağlı suala yazılı cavab verib.
Hami Aksoy "AP Baş Məclisinin ölkəmizə və Şimali Kıbrıs Türk Cümhuriyyətinə dair qəbul etdiyi qanunililiyi olmayan tövsiyə qərarını tamamilə rədd edirik" ifadəsindən istifadə edib.
Bu mövzuda Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezident Aparatı tərəfindən verilən açıqlamanı tamamı ilə dəstəklədiklərini vurğulayan Aksoy deyib:
"Cənubi Kıbrıs Rum İdarəsi tərəfindən diktə edilən bu qərar AP-nin Kıbrıs məsələsi barədə həqiqətlərə zidd və qərəzli olduğunu bir daha nümayiş etdirmişdir. Bu yanaşma və düşüncələri davam etdirəcəkləri təqdirdə Avropa İttifaqı orqanlarının Kıbrıs məsələsinin həllinə konstruktiv dəstəyinin olması qeyri-mümkündür. Türkiyə-Aİ münasibətlərinin Kıbrıs problemi ilə girov götürülməsi nə Aİ-nin ümumi maraqlarına, nə Kıbrıs məsələsinin həllinə nə də qonşuluq münasibətlərinin yaxşılaşdırmasına xidmət göstərir".
Hami Aksoy AP-ni və Aİ-ni Kıbrıs adasındakı həqiqətlərlə üzləşməyə, Kıbrıs Türk xalqının mövcudluğunu diqqətdə saxlamağa və Aİ-nin aprel 2004-cü ildə Kıbrıs Türklərinə verdiyi vədləri yerinə yetirməyə çağırdıqlarını bildirib. 
"Türkiyə həm özünün, həm də  Kıbrıs Türklərinin haqlarını heç bir təhdid və şantaja baş əymədən qətiyyətli şəkildə qorumağa davam edəcək. Türkiyə həmin zamanda dialoq və müzakirə cəhdlərini də davam etdərəcək"- deyə Hami Aksoy vurğulayıb.
Qeyd edək ki, AP Kıbrısda qapalı Maraşın bir hissəsinin açılması qərarından geri qayıdılmasını Kıbrıs məsələsinin iki icmalı, iki bölgəli fədərasiya əsasında həllini hədəf götürən müzakirələrin yenidən başladılmasını, Aİ-nin Türkiyəyə sanksiya etməsini istəmişdi.



Әlaqәli Xәbәrlәr