Rәcәb Tayyib Әrdoğan Milli Tәhlükәsizlik Şurasına sәdrlik edib

Milli Tәhlükәsizlik Şurası Şәrqi Aralıq dәnizindә ‘‘İrini’’ әmәliyyatı çәrçivәsindә Türkiyә gәmisindә aparılan qeyri-qanuni  axtarışı qınayıb.

1534381

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Milli Tәhlükәsizlik Şurasının iclasına sәdrlik edib.

İclasdan sonra verilәn bәyanatda ‘‘İrini’’ әmәliyyatı çәrçivәsindә Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışa qarşı hәr sahәdә lazımi addımların atılacağı ifadә edilib.
Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Kıbrısdakı türklәrin mövcudluğunu saymayaraq adadakı iki icma vә iki dövlәtin mövcudluğunu qәbul etmәmәk mәsәlәsindә israr etmәk qәbuledilmәzdir’’.
Milli Tәhlükәsizlik Şurasının yayımladığı bәyanatda hәmçinin ölkәnin cәnub sәrhәdindә terror dәhlizinin yaradılmasına icaza verilmәyәcәyi bir daha vurğulanıb.
Qeyd edәk ki, iclasda Azәrbaycanın işğal altında olan torpaqlarının azad etmәsi münasibәtilә düyülan mәmnuniyyәt dilә gәtirilib.

Әlaqәli Xәbәrlәr