Türkiyə Yunanıstanı masaya oturmağa çağırıb

Türkiyə Yunanıstanın bir an əvvəl danışıqlar masasına oturmasının vacibliyini bildirib.

1533707
Türkiyə Yunanıstanı masaya oturmağa çağırıb

Türkiyə Yunanıstanın bir an əvvəl danışıqlar masasına oturmasının vacibliyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanistanın Xarici İşlər naziri Nikos Dendiasın sosial mediada yer alan Türkiyə ilə əlaqədar bəyanatları barədəki suala cavab verib.
Aksoy Dendiasın açıqlamalarında Türkiyəyə qarşı irəli sürdüyü ittihamlar və təhdid edici ifadələrdən istifadə etməsinin Yunanıstan tərəfinin Türkiyə ilə arasındakı məsələləri dialoq və diplomatiya yolu ilə həll etməyi istəmədiyini bir daha göstərdiyini qeyd edib.
Türkiyənin Şərqi Aralıq dənizi mövzusunda keçən avqust ayından bəridir ortaya qoyduğu konstruktiv mövqe və yaxşı niyyətlə atdığı addımlarına cavab verilmədiyini vurğulayan Aksoy "Yenə də Yunanıstanın bölgədəki maksimalist tələbləri qarşısında ölkəmizin və Kıbrıslı Türklərin hüquqlarını qorumaq üçün göstərdiyi qətiyyətli fəaliyyətlərini 'təxribatçı' hətta 'qanunsuz' olaraq izah etməsi dialoqdan qaçmaq üçün irəli sürdüyü bəhanələrdir" deyib.
Aksoy Türkiyənin dialoq çağırışını daimi olaraq davam etdirdiyini və hər davam etdirəcəyini bildirərək, "Yunanıstan artıq təhdid dili ilə və Avropa İttifaqının dəstəyini götürərək nəticə əldə edilə bilməyəcəyini başa düşməlidir. Ön şərt irəli sürməyi dayandırmalı və bir an əvvəl danışıqlar masasına oturmalıdır" deyə vurğulayıb. 



Әlaqәli Xәbәrlәr