Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf  Partiyasının Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn Qrup iclasında çıxış edib.

1534121
Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf  Partiyasının Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn Qrup iclasında çıxış edib.

Rәcәb Tayyib Әrdoğan çıxışında vurğulayıb ki, bizim heç kimin torpağında gözümüz yoxdur.Biz öz milli tәhlükәsizliyimizi tәmin etmәyә çalışırıq.

Suriyada terror tәşkilatı DEAŞ-la mübarizә aparan yeganә NATO-ya üzv ölkәnin Türkiyә olduğunu vurğulayan Әrdoğan Türkiyәnin 9 minәdәk xarici terrorçunu saxlayıb ölkәlәrinә göndәrdiyini xatırladıb.

Avropa İttifaqının ‘‘İrini’’ әmәliyyatı çәrçivәsindә Aralıq dәnizindә Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışa da toxunan Әrdoğan Yunanıstan vә Cәnubi Kıbrıs Rum Rәhbәrliyinin bütün provokasiyalarına baxmayaraq Türkiyәnin Şәrqi Aralıq dәnizindә soyuqanlı davranmasına rәğmәn Türkiyә gәmisinә hücum edildiyini ifadә edәrәk ‘‘Bu addım beynәlxalq hüquq normalarına ziddir’’ deyib.

Çıxışında Dağlıq Qarabağ mәsәlәsinә dә toxunan  Rәcәb Tayyib Әrdoğan bildirib ki, Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb.Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu. Türkiyə, Azərbaycan vә Rusiya  olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq’’. 



Әlaqәli Xәbәrlәr