Gəmidə axtarış aparılmadan əvvəl Türkiyədən icazə alındığı doğru deyil

"İrini" əməliyyatı çərçivəsində Aralıq dənizində Türkiyənin gəmisində reallaşdırılan axtarışdan əvvəl özünün razılığının istəndiyi barədəki açıqlama doğru deyil.

1533710
Gəmidə axtarış aparılmadan əvvəl Türkiyədən icazə alındığı doğru deyil

Türkiyə Avropa İttifaqının (Aİ) "İrini" əməliyyatı çərçivəsində Aralıq dənizində Türkiyənin gəmisində reallaşdırılan axtarışdan əvvəl özünün razılığının istəndiyi barədəki açıqlamasının doğru olmadığını bildirib.
Xarici İşlər Nazirliyinin ingiliscə "Twitter" hesabında yer alan açıqlamada deyilib:
"İrini əməliyyatı çərçivəsində (Türk ticarət gəmisi) "Roseline-A"-ya bayraq dövlətinin icazəsi olmadan qanunsuz və zorakılıqla daxil olunmuş və gedişdən əvvəl Türkiyə səlahiyyətliləri tərəfindən edilən şifahi və yazılı xəbərdarlıqlar gözdən yayındırılmışdır . Həmin müdaxilə üçün bayraq dövlətinin razılığının lazımlı olmadığına dair yazılı açıqlama verildiyi, ancaq Türkiyənin bu hərəkətə etiraz etməsi və təzminat haqqının mövcudluğunu davam etdirəcəyini bildirməsi qarşısında mövqe dəyişdirərək bayraq dövlətinin icazəsi olmadan gəmiyə çıxıla bilməyəcəyi fərq edildi. Beynəlxalq hüquq normalarına və gəmi səfəri azadlığına daim hörmət edilməlidir".
Xarici İşlər naziri Mövlud Çavuşoğlu da "İrini" əməliyyatının Türkiyənin gəmisinə istiqamətli hərəkəti barədə "Cavabını sahədə də verəcəyik, hüquqi və siyasi prosesləri də izləyəcəyik" deyib.



Әlaqәli Xәbәrlәr