Türkiyә İtaliya vә Almaniyaya nota verdi

Türkiyә ''İrini'' әmәliyyatı çәrçivәsindә Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışa etiraz edib.

1533000
Türkiyә İtaliya vә Almaniyaya nota verdi

Türkiyә ''İrini'' әmәliyyatı çәrçivәsindә Türkiyә gәmisindә aparılan qeyri-qanuni axtarışa etiraz edib.

Avropa İttifaqı vә İtaliya sәfirlәri ilә Almaniyanın Türkiyәdәki müvәqqәti işlәr vәkili mәsәlә ilә bağlı   Xarici İşlәr Nazirliyinә çağırılıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Roseline-A adlı ticarәt gәmimizdә ‘‘İrini’’ әmәliyyatı çәrçivәsindә ölkәmizdәn icazә alınmadan aparılan qeyri-qanuni axtarışa etiraz edilib vә müvafiq ölkәlәrә nota verilib. Notada hadisәnin beynәlxalq hüquq normalarına zidd olduğu vurğulanıb’’.

Qeyd edәk ki, yunanıstanlı komandan tәrәfindәn idarә edilәn ‘‘İrini’’ әmәliyyatı çәrçivәsindә Türkiyәdәn Liviyaya әrzaq vә boya daşıyan gәmidә qeyri-qanuni axtarış aparılmışdı.



Әlaqәli Xәbәrlәr