Türkiyədə "Covid-19" la bağlı son vəziyyət (23 noyabr)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 153 ölüm faktı qeydə alınıb.

1532697
Türkiyədə "Covid-19" la bağlı son vəziyyət (23 noyabr)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 153 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 12 min 511 nәfәrә çatıb.

Əldə olunan məlumata əsasən, son 24 saat ərzində 161 min 125 nəfər üzərində müayinə aparılıb. Onlardan 6 min 713  nəfərdə infeksiya aşkarlanıb. Sağalan 3 min 254 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 377 min 891 nəfər müalicə olunub.

Digər tərəfdən, "Covid-19"a qarşı yerli peyvənd fəaliyyətlərində sürətli irəliləyiş qeyd edilir.

Sosial media hesabından yerli peyvənd fəaliyyətlərinə dair məlumat verən Səhiyyə naziri Fəxrəddin Koca "Türkiyə Səhiyyə İnstitutları Sədrliyinin dəstəyilə Erciyes universitetinde hazırlanan "Covid-19" əleyhinə peyvəndin birinci faza fəaliyyətlərində 44 könüllüyə peyvənd tətbiq edildi. İndiyədək ciddi yan təsiri görülməyib.İkinci doza peyvəndləmə 26 noyabr-14 dekabr tarixləri arasında olacaq. Gözəl xəbərlərini verəcəyim daha 15 peyvənd namizədi var" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr